Bazar , Noyabr 27 2022
azfa

Molla rejimi azərbaycanlı milli fəalları vəhşicəsinə işgəncə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Məlikan şəhərindən olan azərbaycanlı fəallar Səid İlxani və Cəfər Fəthi molla rejiminin məmurları tərəfindən vəhşicəsinə işgəncə ediliblər.

Səid İlxaninin işgəncə nəticəsində əli sındırılıb, Cəfər Fəthi isə baş nahiyəsindən ağır xəsarət alıb.

Molla rejiminin hər iki azərbaycanlı fəal barələrində etdiyi zülm və haqsızlıqlara etiraz əlaməti olaraq dodaqlarını tikib və quru aclıq aksiyasına başlayıblar.

Bundan sonra isə molla rejimi həmin azərbaycanlı fəalları Marağada rejimin zindanında tək adamlıq kameralarına köçürülüblər.

Qeyd edək ki, Səid İlxani oktyabrın 8-də Məlikan şəhərinin Universitetində rejimin qüvvələri tərəfindən həbs edilib. Cəfər Fəthi isə Məlikanda keçirilən etiraz aksiyası zamanı yaxalanıb.

Həmçinin yoxlayın

Türkiyə Çindən uyğur türkləri ilə bağlı izahat istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Çinin Sincan Uyğur Muxtar Bölgəsinin (Şərqi türküstanın) …

Molla rejimi Ərdəbildə azərbaycanlı fəal Saman Bidarı ETTELAAT İdarəsinə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Ərdəbildə azərbaycanlı fəal Saman Bidarı ETTELAAT …