Molla rejimi azərbaycanlı müəllim Zeynəb Həmrəngi Tehranda həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Muğan bölgəsinin Parsabad şəhərindən olan azərbaycanlı müəllim Zeynəb Həmrəng Seyidbəyli molla rejimin məmurları tərəfindən Tehranda həbs edilib.

Azərbaycanlı müəllimin hələlik hara aparıldığı və həbs səbəbləri barədə məlumat əldə etmək mümkün olmayıb.

Müəllimlərin sinfi təşkilatında fəal üzvlərdən biri olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarının qorunması tələbi ilə etiraz aksiyalarına qatıldığı üçün həbs edilmişdi.

Qeyd edək ki, Zeynəb Həmrəng Ərdəbil vilayətinin Muğan bölgəsindəndir. Onun 50 yaşı var və bundan öncə həbs olunana qədər Tehran şəhərində yaşayıb. Müəllimlərin həmkarlar ittifaqının fəal üzvlərdən olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarını müdafiə etdiyi və etiraz aksiyalarına qatıldığı üçün İran rejimi tərəfindən həbs edilib.

Xanım fəal 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycanın Xoy şəhərinə səfəri zamanı İranın ETTELAAT məmurları tərəfindən yaxalanıb.

Azərbaycanlı müəllim bundan öncə mədəni və sinfi fəaliyyətlərinə görə şərlənərək “ölkənin təhlükəsizliyinə qarşı aksiyaya toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il, “Sistemə qarşı təbliğat”  ittihamı ilə isə 1 il həbsə məhkum edilmişdi. Lakin o 2022-ci il oktyabrın sonlarında şərti azadlığa buraxılmışdı.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …

Azərbaycan fəal Əsgər Fərəcinin Evin zindanında son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında cəza çəkən azərbaycanlı fəal Əsgər Fərəci …