Şənbə , İyul 27 2024
azfa

Molla rejimi azərbaycanlı sənətçini həbs və cərimə cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İnqilab Məhkəməsi Təbrizdən olan azərbaycanlı sənətçi və kinorejissor Məhəmməd Siyaməkniyanı 1 il həbs və 8 milyon tümən cərimə cəzasına məhkum edib.

Məhəmməd Siyaməkniya türk dilində bir neçə qısa film çəkib. Onun “Ağacdələn” filmi 12-ci Bakı Beynəlxalq Film Festivalında nümayiş etdirilib. Kinorejissor türkcə “Dil” adlı daha bir film də çəkib.

Azərbaycanlı rejissor həmçinin bir neçə sosial mövzularda sənədli filmlərin prodüsseridir.

Qeyd edək ki, azərbaycanlı rejissor Məhəmməd Siyaməkniya 24 sentyabrda rejimin məmurları tərəfindən yaxalanmışdı. O, bir müddət sonra isə girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu barədə məlumat və fotonu erməni vəkil …

“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk

GADTB: İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı …