GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Azərbaycanın “Traxtur” komandasının müdafiəçisini cəzalandırıb. İran Futbol Federasiyasının Əxlaq Komitəsi gənclərdən ibarət milli komandanın keçmiş kapitanı və Təbrizin “Traktor” klubunun müdafiəçisi Milad Kürü bir il müddətinə komandadan uzaqlaşdırıb. Bu barədə İran Futbol Federasiyası məlumat yayıb.
Əslən türkmən olan Milad Kür hakimiyyətin idman sahəsinə vəsait ayırmadığını, idmançılara minimum yardımın belə edilmədiyini və onların adi imkanlardan məhrum olunduqları barədə mediaya müsahibə verdiyinə görə cəzalandırılıb.
“40 gün müddətinə təlim-məşq düşərgəsində idik. İdmançıların cibində adi ehtiyaclarını ödəmək üçün pul olmur. Bir neçə futbolçu kredit götürərək öz hesablarına futbol ayaqqabıları almağa məcbur oldular. Psixi baxımdan dəhşətli durumdaydıq”, – Milad Kür İranın “Vərzeş” idman saytına müsahibəsində bildirmişdi.