Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi azərbaycanlı etirazçı gənci edam etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi İranda 2022-ci ildə keçirilən etirazlarda həbs etdiyi azərbaycanlı gənc etirazçı Məhəmməd Qubadlını bu gün səhər saatlarında Kərəcin Qızılhisar zindanında edam edib.

 “Təsnim” xəbər saytının yaydığı məlumata görə, “Qadın_Həyat_Azadlıq” şüarı altında etirazlara qatıldığına görə tutulan 22 yaşlı Məhəmməd Qubadlı “müharibə” (dini hökumətə qarşı üsyan qaldırmaq) və “fəsad törətmək” ittihamları ilə edam edilib.

Paylaşılan videoya əsasən, Məhəmməd Qubadlının ailə üzvləri onun edam xəbərini həbsxananın qarşısında öyrəniblər.

Apellyasiya şikayətinə də vaxt verilməyib. Həmçinin Beynəlxalq Əfv Təşkilatı hökmün qanunsuz olduğuna görə icrasının dayandırılmasını tələb etmişdir.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …