Bazar , Avqust 23 2026
azfa

Molla rejimi azərbaycanlı körpəyə Duyğu adına görə doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı körpəyə Duyğu adına görə doğum şəhadətnaməsi vermir.

Ərdəbil əyalətinin Germi şəhərində dünyaya göz açan azərbaycanlı körpə- Duyğunun valideynləri övladlarına türk adı qoyduqlarına görə molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi doğum haqqında şəhadətnamə verməkdən imtina edib.

Məlumata görə, Duyğunun atası Adil Dəlir öz “İnstaqram” hesabında İran hökumətinin Qeydiyyat İdarəsinin bu addımına etiraz edərək yazıb:

“Bir həftədir ki, Duyğuya şəhadətnamə almaqdan ötrü Qeydiyyat İdarəsindən düzgün cavab almamışıq. Duyğu qızıma şəhadətnamə almaq üçün xidmət və müalicə xərclərinə baxmayaraq, insani və təbii haqlarımdan üz döndərməyəcəyəm”.

Qeyd edək ki, irqçi fars-molla rejimi azərbaycanlı valideynlərə öz övladların öz dillərində ad qoymağa mane olmaqla və öz dillərində təhsili qadağan etməklə, onları bir millət kimi məhv etməyə çalışır.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …