GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gün öncə vəsiqə qarşılığında məzuniyyətə buraxılan azərbaycanlı milli fəal Mahmud Ocaqlı yenidən Tehranın Evin zindanına qaytarılıb.
Qeyd edək ki, azərbaycanlı fəal noyabrın 19-da dörd milyard tümən girov qarşılığında üç günlük məzuniyyətə buraxılmışdı.
11 il həbs cəzasına məhkum edilən Mahmud Ocaqlı bir neçə aydır ki, məzuniyyət istəyir, ancaq ailəsi girov məbləğini təmin edə bilmədiyindən milli fəalın məzuniyyətə çıxmasına icazə verilmirdi.