GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irçi fars-molla rejimi Güney Azərbaycanın tarixi ərazisi olan və adı Əlborz əyaləti kimi dəyişdirilən bölgənin Savcıbulaq şəhərindən olan azərbaycanlı fəal Rza Zarekarı həbsə məhkum edib.
Molla rejimin Məhkəmə-Ədliyyə Sistemi tərəfindən azərbaycnlı fəal ümumilikdə 5 il 1 ay müddətinə həbsə məhkum edilib.
Məlumata görə, o, “müqəddəsləri təhqir etmək” ittihamı ilə 3 il 1 ay, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” ittihamı ilə 1 il 4 ay, “Xameneyini təhqir etmək” ittihamı ilə isə 8 ay müddətinə #həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, bundan öncə də həmin azərbaycanlı fəal eyni ittihamlarla Kərəc İnqilab Məhkəməsi tərəfindən ümumilikdə 8 il 1 ay müddətinə həbsə məhkum edilmişdi.