GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəncan şəhərində yaşayan azərbaycanlı fəal Məhəmməd Mələki irqçi fars-molla rejimin apellyasiya məhkəməsinin hökmü ilə 10 il 3 ay 1 gün müddətinə həbsə məhkum edilib.
Molla rejimin məhkəməsi azərbaycanlı fəalı “rejim əleyhinə təbliğat aparmaq”, “milli təhlükəsizliyə qarşı qeyri-qanuni toplantıların keçirilməsi və sui-qəsd təşkil etmək” ittihamları irəli sürərək, onu cəzalandırıb.
Hökmün icrası 5 il müddətinə təxirə salınıb. Azərbaycanlı fəal bir aylıq həbsdən sonra 600 milyon tümən girov qarşılığında zaminə buraxılıb.