Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimi azərbaycanlı fəalı Marağada zindana saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəallarından olan Muxtar İbrahimi dünən bir illik həbs cəzasını çəkmək üçün Marağa həbsxanasına köçürülüb.

Məlumata görə, Muxtar İbrahimi və daha bir azərbaycanlı fəal Musa Ziya Gərgəri Şərqi Azərbaycan əyalətində Apellyasiya Məhkəməsinin qərarı ilə 1 il müddətinə həbs və 6 milyon tümən pul cəzasına məhkum olunublar.

Qeyd olunub ki, irqçi fars-molla rejimin məhkəməsi hər iki azərbaycanlı milli fəalı “hakimiyyət əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edib.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …