Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

Molla rejimi azərbaycanlı fəalın atası Cəbrayıl Pakruhu həbsə məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə yaşayan azərbaycanlı milli fəal Fərhad Pakruhun atası Cəbrayıl Pakruh 6 ay həbsə məhkum edilib.

Rejimin Təbrizdəki İkinci Cəza Məhkəməsinin 109-cu bölməsi Cəbrayıl Pakruhu “yalan məlumatlar yaymaq”da günahlandırıb.

Onun barəsində Əli Abbaszadənin təmsil etdiyi Şərqi Azərbaycan əyalətinin Polis Komandanlığı məclisinin hüquq və işlər şöbəsinin şikayəti əsasında açılıb.

Məhkəmənin qərarına görə, Cəbrayıl Pakruh ölkənin rəsmi qəzetlərindən birində yaydığı məlumatların həqiqətə uyğun olmadığı barədə açıqlama verməli və üzr istəməlidir.

Qeyd edək kİ, bundan əvvəl təhlükəsizlik məmurları Cəbrayıl Pakruhu döyüb və həbs ediblər.

Təbriz həbsxanasına salınan milli fəal bir müddət saxlanıldıqdan sonra mayın 14-də 100 milyon tümənlik girov qarşılığında müvəqqəti azad edilmişdi.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …