GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəallar Yusif Kari və Tohid Əmirəminini Ərdəbildə Ədliyyəyə çağırıb.
Daha əvvəllər həbs edilən və Evin həbsxanasında həbsdə saxlanılan həmin azərbaycanlı milli fəallar İranda ədalətli məhkəmə sisteminin olmadığını və bu prosesə qatılmayacaqlarını bildiriblər.
Göndərilmiş elektron bildirişə görə, Yusif Kari və Tohid Əmirəmini Yusif Həqqi və Hadi Təvəkkülinin məhkəmə işində iştirak etməlidirlər.
Bildirilir ki, Yusif Həqqi və Hadi Təvəkküli “Asayişi pozmaq” və “yalan məlumat yaymaq”da ittiham olunurlar.
Qeyd edək ki, Tohid Əmirəmini 4 il həbsdə qaldıqdan sonra 2023-cü ilin fevral ayında həbsdən azad edilmişdi. Azad edildikdən sonra da o, dəfələrlə molla rejimin məmurlarının təzyiqlərinə məruz qalmışdır.