Şənbə , Yanvar 4 2025
azfa

Molla rejimi azərbaycanlı fəslın övladına doğum şəhadətnaməsi verməməsi ucbatında o işini itirib

GADTB: Təbrizdən olan azərbaycanlı fəal Rəhman Azərmiradın 2023-ci ildə oğlu üçün seçdiyi Volkan adına rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin tərəfindən övladına 19 ay doğum haqqında şəhadətnamən ala bilməyib.

Bu barədə Rəhman Azərmirad Balamın Adı kampaniyasına danışıb.

O, oğlunun 19 ay doğum haqqında şəhadətnaməsiz qaldığını və buna görə məcburiyyət qarşısında oğlu üçün Albay adını seçdiklərini bildirib.

Azərmiradın sözlərinə görə oğlunun doğum haqqında şəhadətnaməsi olmadığına görə onlar tibbi sığortadan yararlana bilməyib və uşağın bütün tibbi ehtiyaclarını baha qiymətə öz ciblərindən ödəmək məcburiyyətində qalıblar.

“Bu 19 ay ərzində uşağımız subsidiya və pay almaqdan məhrum olub. Həm də sərbəst işim var idi və işimlə əlaqədar ailəmlə Türkiyəyə gedib İran bazarında satmaq üçün mal gətirirdik, amma oğlumuzun doğum haqqında şəhadətnaməsi olmadığına və ona pasport ala bilmədik, bu səbəbdən İşimi də itirdim.” – deyə Azərmirad fikirlərinə əlavə edib.

Həmçinin yoxlayın

İran hər vasitə ilə Livanda terroru dəstəkləməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beyrutun “Rəfiq Həriri” hava limanında İranın “Mahan Air” …

Molla rejimin iddiasının əksinə olaraq Urmiya gölü böhranlı vəziyyətdədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin iddiasının əksinə olaraq Urmiya gölü …