Çərşənbə , Aprel 30 2025
azfa

Molla rejimi azərbaycanlı gənc fəalı yenə həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dünən Urmiyada azərbaycanlı milli fəal Salar Tahir Əfşarı yenə həbs edib.

Rejimin ETTELAAT qüvvələri gənc fəalın iş yerinə basqın etdikdən sonra onu tutaraq, Urmiya şəhərinin ETTELAAT İdarəsinə təhvil veriblər.

Azərbaycanlı milli fəalın bacısı Sevda Tahir Əşfar “Instagram” hesabında paylaşım edərək yazıb: “Qardaşım anama zəng edərək Urmiyanın ETTELAAT İdarəsi tərəfindən saxlanıldığını və çərşənbə günü səhər təhlükəsizlik qüvvələri tərəfindən Təbrizə aparılacağını bildirib”.

Danışıq zamanı o, qeyd edib ki, həbsinin səbəbi haqda məlumatı yoxdur və günahsızdır.

Həmçinin yoxlayın

Beynəlxalq Əfv Təşkilatı İranda artan edamlarla bağlı xəbərdarlıq edib

GADTB: Beynəlxalq Əfv Təşkilatının İranda insan haqlarının vəziyyəti ilə bağlı xəbərdarlığına baxmayaraq, ölkədə ölüm hökmlərinin …

Qoşaçay televiziyasında Traxtur komandasının yarışlarının yayımlanması üçün lisenziya ləğv edilib

GADTB: Güney Azərbaycanın “Traxtur” futbol komandasının oyunlarının Qoşaçay televiziyasında yayımlanması ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılansa …