GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi etiraz aksiyaları zamanı hökumət qüvvələrinin üzvünün öldürülməsi məsələsi ilə bağlı şərlədiyi azərbaycanlı rentgenoloq Həmid Qarahəsənli və onun həyat yoldaşı, kardioloq Fərzanə Qarahəsənlini 20 il sürgündə həbsə məhkum edib.
Hakim Asif Əl-Hüseyninin sədrliyi ilə keçirilən məhkəmə prosesinin sonunda Həmid Qarahəsənli Yəzdə 15 il, həyat yoldaşı Fərzanəni isə Məşhədə 5 il sürgündə həbsə məhkum ediliblər.
Bildirilib ki, Həmidin və Fərzanənin fiziki durumları ürəkaçan deyil. Həmid Qarahəsənli fiziki işgəncəyə məruz qalmasından sonra çanaq sümüyü və ağciyərindən ciddi xəsarət alıb.
İşgəncələr zamanı davamlı olaraq baş nahiyəsindən aldığı zərbələr nəticəsində Həmid Qarahəsənlinin baş-beyin nahiyəsində də zədələnmələr var.
Fərzanə xanım da bir çox fiziki işgəncələrlə qarşılaşıb və infeksiyaya yoluxub. O, müalicə hüququndan məhrum edilib.