Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi azərbaycanlı həkimi 13 yaşlı qızının yanında başının kəsiləcəyi ilə hədələyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı həkim Həmid Qərəhəsənlini 13 yaşlı qızının yanında başının kəsiləcəyi ilə hədələyib.

Artıq mətbuat azərbaycanlı həkim Həmid Qarahəsənlinin işgəncələrini əks etdirən səs yazılarını yayılmayıb.

Yayılan səs yazılarında azərbaycanlı həkim işgəncəyə məruz qaldığı və 13 yaşlı qızının yanında başının kəsiləcəyi ilə hədələndiyini deyib.

Həmid Qərəhəsənli həbsdə olarkən molla rejiminin qüvvələri tərəfindən qəddarcasına işgəncələrə məruz qalıb, eləcə də xanımı və 13 yaşlı qızının gözləri qarşısında başının kəsilməsi ilə hədələnib.

Qeyd edək ki, bir neçə gün əvvəl azərbaycanlı həkim keçən il etirazlarda iştirak edərkən guya repressiv Bəsic qüvvələrinin üzvünü qətlə yetirməsi ilə bağlı saxta ittihamla cəzasını sürgündə çəkməklə İran məhkəməsi tərəfindən 15 il müddətinə azadlıqdan məhrum edildiyinə dair qərar təsdiq edilib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …