Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi azərbaycanlı körpəyə türk adına görə doğum haqqında şəhadətnamə vermir

GADTB: İranın Vətəndaş Qeydiyyatı Təşkilatı “Əlburan” adlı azərbaycanlı uşağa doğum haqqında şəhadətnamənin verilməsinə qarşı çıxıb. Buna səbəb isə körpənin adının türk mənşəli olmasıdır. Bu səbəbdən Urmiyadan olan uşaq 5 aydır ki, doğum haqqında şəhadətnaməsiz qalıb. 

Körpənin atası Əbülhəsən Yari Urmiya şəhər məhkəməsinə şikayət edib.

İranın Vətəndaş Qeydiyyatı Təşkilatı yeni doğulan uşaqlar üçün siyahı təqdim edib. Bu qurum ailələri uşaqlarının adlarını bu siyahıdan seçməyə məcbur edir. Siyahıda üstünlük fars adlarına verilir və çox məhdud sayda türk adlarına rast gəlmək olur.  

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib. Ayıl, Sevgi, Yağış, Anar, Atakan, Oğuz, Türkay, Elcan, Tarkan və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciət edib, sosial mediada etirazlarını bildiriblər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …