Şənbə , Mart 15 2025
azfa

Molla rejimi azərbaycanlı körpəyə Xaqan adına 7 dəfə doğum haqqında şəhadətnamə verməkdən imtina edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Təbrizdə yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi 6 aydır ki, Yunis Mahmudinin oğlu Xaqana doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Yunis Mahmudi bu barədə Balamın Adı kampaniyasına açıqlama verib.

Yunis Mahmudi deyib: “Təbrizdə Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin məsul şəxsləri Xaqanın adını qəbul etmədilər. Onlar “Hakan” da daxil olmaqla bir neçə başqa ad təklif etdilər. Sonra dedilər ki, nə fərqi var, başqa ad qoy, ancaq özünə Xaqan adını de! Mən onlara əvvəl Xaqan adlı digər şəxslərin aldıqları şəxsiyyət vəsiqələrini göstərsəm də onlar bildirdilər ki, 2006-cı ilə qədər sayt manual idi, istənilən adı qeydiyyatdan keçirmək olurdu. Ancaq indi ad sistemi hazırlanılıb və biz bu sistemdən kənar adlar qəbul edilə bilməz. Nəticə olaraq onların əsas fikri o oldu ki, “Xaqan” adı İran yox, Azərbaycan adıdır. Nəhayət, 6 ay 4 gün sürən məhkəmə prosesindən və bizim müraciətlərimizə 7 dəfə imtina verdikdən sonra Təbriz Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi 8-ci müraciətimizdən sonra biz “Xaqan” adına doğum haqqında şəhadətnamə ala bildik.”

Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Uitkoff Moskvadan Bakıya gəldiyi iddia olunur

GADTB: ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun olduğu ehtimal edilən təyyarə Moskvanı tərk …

Azərbaycan Azıx mağarasında laboratoroji işlərə başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Qədim insan məskənlərinin mühafizəsi” mövzusunda keçirilən paneldə AMEA-nın …