Çərşənbə axşamı , İyul 2 2024
azfa

Molla rejimi azərbaycanlı milli fəal İbrahim Rəşidini (Savalan) prokurorluğa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  azərbaycanlı yazıçı, jurnalist və fəal İbrahim Rəşidini (Savalan) prokurorluğa çağırıb.

Azərbaycanlı fəalın ittihamlarına qarşı son müdafiə çıxışı üçün Xiyavda (Meşkinşəhr) rejimin Prokurorluğunaa çağırıldığı bildirilir.

Bununla bağlı azərbaycanlı milli fəala göndərilən elektron bildirişdə onun beş gün ərzində prokurorluğa müraciət etməsi tələb edilib.

Qeyd edək ki, İbrahim Rəşidiyə qarşı “sosil şəbəkələrdə yalan məlumatlar paylaşmaq” ittihamı irəli sürülüb.

Azərbaycanlı jurnalist və milli-mədəni fəal İbrahim Rəşidi ötən ilin dekabr ayının 30-u Güney Azərbaycanın Meşekinşəhr bölgəsinin Mirkəndi kəndində evindən yaxalanaraq istintaq idarəsinə aparılıb.

Həmçinin yoxlayın

Tükiyə Kayseri hadisəsindən Suriyada təxribat üçün istifadə edilməsi ilə bağlı  bəyanat yayıb

GADTB: Türkiyə Kayseridəki cinayətdən sonra baş verən və barəsində məhkəmə prosesi aparılan kədərli hadisələrin ölkə …

Evin zindanında edam cəzasını gözləyən azərbaycanlı alimin həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında edam cəzasını gözləyən azərbaycanlı alimin həyatı …