Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal Səid Minayini mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi iyulun 7-də Güney Azərbaycan Milli Hərəkatının fəalı Səid Minayiyə qarşı irəli sürülən “ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı üzrə məhkəmə iclası keçirilib.

Məlumata görə, məhkəmə iclası Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində baş tutub və iclasa xüsusi qəddarlığı ilə tanınan hakim Əbulqasim Sələvati sədrlik edib.

Qeyd edək ki, azərbaycanlı milli fəal fevralın 6-da Bünab şəhərində rejimin ETTELAAT İdarəsinə çağırıldıqdan sonra həbs olunub. Daha sonra Tehrandakı Evin zindanına aparılıb. Azərbaycanlı fəal martın 13-də girov qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …