Bazar ertəsi , Dekabr 23 2024
azfa

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir.

Azərbaycan Milli Hərəkatının fəalı Vahid Əbhərinin müvəqqəti azadlığa buraxılmasından sonra, son bir neçə gün ərzində molla rejimin terrorçu İnqilab Keşikçiləri Korpusunun təhlükəsizlik qüvvələri azərbaycanlı fəalın ailə üzvləri ilə dəfələrlə əlaqə saxlayıb və onların SEPAH-ın qərargahında olmasını istəyiblər.

Azərbaycanlı milli fəalın anası təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmaqla hədələndikdən sonra o SEPAH-ın qərargahında olub və sorğu-sual edilib.

Halbuki, azərbaycanlı fəal Vahid Əbhərinin valideynləri yaşlıdır, nitq və eşitmə qüsurludurlar.

Qeyd edək ki, son dəfə Vahid Əbhərinin həbsindən sonra molla rejimin qüvvələri həmin milli fəalın ata evinə basqın edərək evdə axtarış aparmışdılar.

Həmçinin yoxlayın

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …

Molla rejinmi Livanda Hizbullaha silah çatdırmaq üçün Suriya səmasından istifadə edə bilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyanın yeni hökuməti İranın hər hansı uçuşunun ölkə …