GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Qoşaçay (Miyandab) şəhərindən olan azərbaycanlı milli fəal Behzad Xudabəndəlunu Prokurorluğa çağırıb.
Fəalın yaxınlarının bildirdiyinə görə, bununla bağlı Behzad Xudabəndəluya Prokurorluğun elektron sistemi vasitəsilə çağırış göndərilib.
Göndərilən çağırışda azərbaycanlı milli fəalın “hökumətə qarşı təbliğat” və “hakimiyyətə qarşı qrupların lehinə və ictimai rəydə təşviş yaratmaq məqsədilə təbliğat”da ittiham olunduğu bildirilib.
Qeyd edək ki, bundan əvvəl fevral ayının 18-də molla rejimin ETTELAAT məmurları Behzad Xudabəndəlunun yaşadığı ata evinə hücum edib, lakin fəal evdə olmadığı üçün onu həbs edilməmişdi. Rejimin məmurları mənzildə axtarış aparmışdılar.