Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəalları mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehranın Evin zindanında həbsdə saxladığı bir neçə azərbaycanlı milli fəalı mühakimə edib.

Azərbaycanlı milli fəallar Mürtəza Pərvin Coda, Baqir Hacızadə, Ayaz Seyfxah və Kamal Nurinin məhkəməsi iyulun 3-də Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində keçirilib.

Həmin azərbaycanlı fəallar barələrində irəli sürülən ittihamlarla bağlı müdafiə çıxışı ediblər, məhkəmənin onlar barədə qərarı yaxın günlərdə elan ediləcək.

Qeyd edək ki, adı çəkilən fəallar və başqa bir neçə fəal fevral ayının 5,6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmiya, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər. Molla rejimin ETTELAAT məmurları onların bəzilərinin evinə hücum edib, axtarış aparıb və onlara məxsus bir sıra şəxsi əşyaları müsadirə etmişdi.

Həmçinin yoxlayın

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …