Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal Araz Amanın məhkəmə iclası keçirilib.

Tehranın İnqilab Məhkəməsnin 15-ci bölməsində keçirilən məhkəmə iclasında milli fəal barəsində irəli sürülən ittihamlarla bağlı müdafiə çıxışı edib.

Məhkəmə iclasında fəala qarşı Azərbaycanın tanınmış fəalı, mərhum Əziz Purolinin dəfn mərasimində iştirak etmək, doğum şəhadətnaməsində adını “Yaqub”dan “Araz”a dəyişmək kimi ittihamlar irəli sürülüb.

İşin Abülqasım Sələvati, azərbaycanlı fəala qarşı casusluq ittihamının təsdiqlənmədiyini bildirməsinə baxmayaraq, ondan bu işdə müdafiəsini təqdim etməsini istəyib

Qeyd edək ki, Araz Aman fevralın 6-da başqa bir neçə milli fəalla eyni gündə həbs edilib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …