Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi azərbaycanlı xanım yazıçı Nigar Xiyavi ETTELAAT idarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  tanınmış azərbaycanlı yazıçı və şairi Nigar Xiyavini İran Təbrizdə yerləşən ETTELAAT İdarəsinə çağırıb.

Yazıçının ailəsinin verdiyi məlumata görə, avqustun 15-də ETTELAAT məmurları Nigar Xiyaviyə zəng edərək Təbrizdə rejimin ETTELAAT idarəsinə getməsini istəyiblər.

Bildirilib ki, telefon zəngindən qısa müddət sonra məmurlar onun evinə hücum edərək axtarış aparıb, ona məxsus şəxsi əşyaları, o cümlədən kitablar, komputer və mobil telefonunu müsadirə ediblər.

Dindirilmək üçün idarəyə aparılan Nigar Xiyavinin hələlik həbs edilib və ya sərbəst buraxıldığı barədə dəqiq məlumat almaq mümkün olmayıb.

Qeyd edək ki, avqustun 14-də də başqa yazıçı və fəal xanımlar da ETTELAAT-a çağırılıb və bir neçə saatlıq sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. Onların ETTELAAT İdarəsinə şağrılması Urmiya gölünün qurudulmasına etiraz etmələridir.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …