Molla rejimi azərbaycanlı xanın fəal Maidə Qaragözə həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irçi fars-molla rejimi Təbrizdə yaxaladığı azərbaycanlı gənc fəal Maidə Qaragözə həbs cəzası verdi.

Rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən xanım fəal “Sosial şəbəkədə hökumətə qarşı təbliat”da ittiham edilib.

Azərbaycanlı xanım fəal 16 ay həbs, 8 milyon tümən pul cəzasına məhkum edilməklə yanaşı cəzasını çəkdikdən sonra iki il müddətinə ölkədən çıxışına da qadağa qoyulub.

Qeyd edək ki, Maidə Qaragöz 15 oktyabrda rejimin məmurları tərəfindən Təbrizdə həbs edilib, noyabrın 20-də də Təbrizdə yerləşən rejimin zindanına köçürülüb. Maidə Qaragöz bundan öncə sentyabrın 28-də də özünün sosial şəbəkə hesabındakı paylaşımlarına görə, həbs edilmiş və iki həftə sonra 100 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxıldıqdan sonra yenidən yaxalanmışdı.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …