Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi azərbaycanlı yazıçı Ramin Behzadı etirazçılara zor tətbiq etmədiyi üçün həbd edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi hərbi xidmətdə olan Təbrizdə yaşayan azərbaycanlı yazıçı  Ramin Behzadı etirazçılara zor tətbiq etmədiyi üçün yaxalayıb.

Azərbaycanlı yazıçı bir həftəyə yaxındır molla rejimi tərəfindən yaxalanıb.

Ramin Behzadın müəllimi onun etirazçılara qarşı zor tətbiq etmədiyi üçün yaxalanması xəbərini eşidərkən türkcə mesaj yazıb: “Ramin Behzad 2007-2008-ci illərdə məktəbli idi. O elə yeniyetməlik yaşlarında böyük milli şüura malik idi. Bu gün onun etirazları yatırmağa qarşı çıxdığı üçün yaxalandığı xəbərini eşitdim. Fəxrlə ona azadlıq arzu edirəm”.

Qeyd edək ki, irqçi fars-molla rejimi etirazlarla bağlı çox sayda azərbaycanlı fəalı həbs edib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …