Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Molla rejimi azyaşlı uşaqları terror təşkilatına cəlb edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran hökuməti azyaşlı uşaqları hərbi təlimlərə və ideoloji kurslara cəlb etməklə onlardan özünün siyasi məqsədləri istiqamətində istifadə edir.

Aprelin 25-də SEPAH-a bağlı yarım hərbi terror,u “Bəsic” qüvvələrinin Qəzvin əyalətindəki məsul şəxsi İbrahim Rəsulifər əyalətdə 8 min azyaşlı oğlan və qıza hərbi təlimlər keçməyi, atıcılıq dərsləri verməyi planlaşdırdıqlarını deyib.

Təlimlərin may ayında keçirilməsi nəzərdə tutulur.

Habelə, azyaşlıların şəhidlik üçün hazırlanması məqsədi ilə ideoloji dərslər keçirilməsi də gözlənilir.

Qeyd edək ki, bu, İranın 1994-cü ildən qoşulduğu Uşaq Hüquqları Konvensiyasının pozulması deməkdir.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …