Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanın da qatıldığı “Anadolu Qartalı-2023″ beynəlxalq təlimi başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprelin 27-də Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə keçirilən “Anadolu Qartalı-2023″ beynəlxalq taktiki-uçuş təliminin açılış mərasimi keçirilib.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı məlumat yayıb.

Əvvəlcə iştirakçılara təlimin məqsədi və keçiriləcəyi ərazi barədə brifinqlər təqdim olunub.

Sonra təlimin ssenarisi, qarşıya qoyulan tapşırıqlar və icra olunacaq fəaliyyətlərlə bağlı iştirakçılara xəritə üzərində məlumat verilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmiz Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri ilə təmsil olunur.

Həmçinin yoxlayın

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …

Bölgə sakinlərinin etirazlarına baxmayaraq, İran rejimi Azərbaycan sərvətlərinin talanına yenidən başlayıb

GADTB: Həsəno meşələri ətrafındakı kəndlərin, xüsusilə Kələm kəndinin sakinlərinin geniş etirazlarına və təbii sərvətlər və …