Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi daxilində çəkişmə ABŞ ilə danışıqları çətinləşdirir

GADTB: “The New York Post” qəzeti yazır ki, İranda hakimiyyət uğrunda daxili mübarizə ABŞ ilə danışıqlar prosesini çətinləşdirir.

Hesabatda qeyd olunur ki, müharibənin davam etməsini dəstəkləyən fraksiyalarla razılaşma tərəfdarları Vaşinqtonla kompromisin qəbul edilib-edilməməsi məsələsində bir-biri ilə rəqabət aparır.

Bildirilib ki, İran prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçı və parlament sədri Məhəmməd Baqiq Qalibaf razılaşma əldə etmək səylərinin mərkəzində olsalar da, istənilən razılaşmanın qəbul edilməsi və ya rədd edilməsi ilə bağlı əsas qərar sonda SEPAH komandanlarının əlindədir.

New York Post-a danışan mənbə bildirib ki, “hazırda bir fraksiya güc zirvəsindədir və bu, SEPAH-dır”.

Hesabatda əlavə edilir ki, münaqişə və müharibə şəraitində SEPAH-ın təsiri daha da artır və bu səbəbdən Tehrandakı bəzi dairələr müharibənin davam etməsində maraqlıdır.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …