Cümə axşamı , Oktyabr 15 2026
azfa

Tramp razılaşmalar uğursuz olarsa “Azadlıq Plus” layihəsinə qayıda biləcəklərini bildirib

GADTB:  ABŞ prezidenti Donald Trump jurnalistlərə açıqlamasında gözlənilən razılaşmalar baş tutmasa, Vaşinqtonun fərqli bir yol seçəcəyini bildirib.

Tramp çıxışında “Azadlıq layihəsi”nə toxunaraq deyib ki, lazım gələrsə bu plan daha geniş və kombinə edilmiş formatda yenidən gündəmə gətirilə bilər və yekun qərarlar qarşıdakı vəziyyətdən asılı olacaq.

ABŞ prezidenti jurnalistlərin sualını cavablandırarkən bildirib:

“Əgər hər şey Meksikada uğurla imzalansa və təsdiqlənsə, biz fərqli bir yol seçəcəyik. Azadlıq layihəsi yaxşı layihədir.

Pakistan tərəfindən bizdən bu işi görməməyimiz istənildi, çünki onlar marksizmlə mübarizədə ön cəbhədə olan dostlarımızdır.

Düşünürəm ki, Azadlıq layihəsi yaxşı plandır, amma bunu həyata keçirmək üçün başqa üsullarımız da var.

Əgər hər şey həyata keçməsə, yenidən Azadlıq layihəsinə qayıda bilərik — amma bu dəfə “Azadlıq Plus” layihəsi olacaq; yəni Azadlıq layihəsi və əlavə tədbirlər birlikdə.”

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …