Bazar , Dekabr 29 2024
azfa

Molla rejimi dinc etiraz aksiyasında tutulan üç nəfərə ölüm hökmü verib

GADTB: Tehran İnqilab Məhkəməsi noyabrın 16-da İranda aksiyalarda iştirak edən 3 şəxsə ölüm hökmü çıxarıb.

Bildirilib ki, həmin şəxslərdən biri İranda ictimai asayişi və qeyri-sabitliyi pozmaqda, o cümlədən insanlara və dövlət əmlakına ziyan vurduğu üçün “hakimiyyətə qarşı üsyan”da ittiham olunub.

Digəri Pakdəşt şəhərində polis postunun yandırılması və dövlət əmlakının dağıdılmasında təqsirli bilindiyi üçün “yer üzündə fəsad yaymaq”da, üçüncü şəxs isə dövlət əmlakına ziyan vurduğu, iğtişaşlarda aparıcı rol oynadığı və bir məmurun yaralanmasına səbəb olduğu üçün “hakimiyyət əleyhinə müharibə” etməkdə ittiham olunub.

Qeyd edək ki, daha öncə İran parlamentinin 227 üzvü parlamentin açıq iclasında ölüm cəzasına məhkum edilən etirazçıların dərhal edam edilməsini tələb edib.

Bu tələbdən sonra İslam Respublikası Ədliyyə Sisteminin başçısı Qulamhüseyn Mohseni Ejeyi də bunun ən qısa vaxtda həyata keçiriləcəyini deyib./ Azad İran

Həmçinin yoxlayın

Güney Azərbaycanın müxtəlif şəhərlərində Qaşqay türklərinə dəstək şüarı yazılmış vərəqələr paylanılıb

GADTB: Azərbaycan Milli Hərəkatının fəalları eyni vaxtda Təbriz, Tehran, Urmu, Ərdəbil, Zənqan, Kərəc, Qəzvin, Ərak …

Molla rejimi hicab bəhanəsi ilə güllələdiyi Arzu Bədri iflic edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış iranlı jurnalist və qadın hüquqları müdafiəçisi Məsid …