Bazar ertəsi , İyun 16 2025
azfa

Molla rejimi dolayı yolla Zəngəzur dəhlizinə qarşı olduğunu bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran xarici işlər nazirinin vəzifəsini müvəqqəti icra edən Əli Bagiri Kani “CNN Türk” telekanalına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandırarkən İranın əvvəlki mövqeyini açıqlayıb.

O deyib ki, İran tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır, lakin regional sərhədlərin dəyişdirilməsini qəbul etmir.

 “İran tərəfi regionun inkişafına kömək edəcək bütün təşəbbüsləri, xüsusən də Ermənistan-Azərbaycan arasında normallaşmanı dəstəkləyir. Ancaq Tehran regionun demoqrafiyasını və sərhədlərini dəyişdirəcək hər hansı layihə və təşəbbüsün əleyhinədir”, – Kani bildirib.

Həmçinin yoxlayın

Tehran və Kərəcdə Xaməneiyə ölüm şüarı səsləndirilib- Video

GADTB: Bir sıra şəhərlərdə İsrail-İran müharibəsinin əsas səbəbkarı olan Əli Xameneiyə qarşı şüarlar səsləndirilib. Gecə …

İsrail Güney Azərbaycan şəhərlərində İranın hərbi obyektlərinə hücumlarını davam etdirir- Video

GADTB: İsrail gecədən səhərə kimi Güney Azərbaycan şəhərlərində İranın hərbi obyektlərinə müxtəlif hücumlar həyata keçirib. …