Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi erməni iş adamlarını Araz Azad İqtisadi Zonasına gətirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi erməni iş adamlarını Araz Azad İqtisadi Zonasına gətirib.

Bu yaxınlarda Qafan şəhərində keçirilən investisiya imkanları konfransı və Araz Azad İqtisadi Zonasında istehsal edilən məhsulların təqdimatı sərgisində bir qrup erməni sahibkar iştirak edib.

Həmin konfrans və sərgidən sonra bir qrup erməni iş adamı tikinti və nəqliyyat sənayesi sahəsində, İranın Qafandakı Baş Konsulluğunun dəstəyi ilə Araz Azad İqtisadi Zonasında gediblər.

Görüşdə erməni tərəflər həmin zonada fəaliyyət göstərən bir sıra fabriklərə baş çəkib, onlarla investisiya sahəsində necə qarşılıqlı əlaqə qurmaq istəklərini bildiriblər. Araz Azad Ticarət Zonası Təşkilatının rəsmisi bu barədə erməni qonaqlara lazımı məlumat verib.

Qeyd edək ki, molla rejimi Azərbaycanla düşmənçilik etdiyi üçün ermənilərlə münasibətlərini gücləndirib və Azərbaycana qarşı erməniləri dəstəkləyir.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …