Çərşənbə axşamı , May 30 2023
azfa

Molla rejimi Güney Azərbaycan şəhərinin qız məktəblərinə kimyəvi silahla terror hücumu həyata keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,irqçi fars-molla rejimi Güney Azərbaycan şəhərinin qız məktəblərinə kimyəvi silahla terror hücumu həyata keçirib.

Güney Azərbaycanın Təbriz, Urmiya, Meşgin, Həmədan, Zənca, Germi və s. şəhərlərində qız məktəbləri molla rejiminin terror hücumuna məruz qalıb. Nəticədə çox sayda məktəbli qız zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bir neçə qızın zəhərləndiyi bildirilir.

Bu gün martın 4-də qızların oxuduğu Urmiyanın “Nur əl-Zəhra” orta məktəbində terror hadisəsi baş verib. 30 şagirdin zəhərləndiyi və onların xəstəxanalara köçürüldüyü bildirilir.

Həmçinin Təbrizdəki “Məsumə” qız liseyində şagirdlər qazdan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Digər Azərbaycan şəhərlərində də çpx sayda məktəbli qəz zəhərlənərək xəstəxanaya köçürülüb.

Həmçinin yoxlayın

Rəisi 1980-ci illərdə məhbusların edamında birbaşa rol oynayıb

GADTB: Tehranın Evin həbsxanasının keçmiş rəisi  Hüseyn Murtuzai  Zəncani Prezident İbrahim Rəisini Xomeyni dövründə siyasi …

Molla rejimin zindanlarda qadın məhbusları məcburi şəkildə lüt soyundurduğu ifşa edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, çoxsaylı keçmiş qadın məhbusun etirafları ilə molla rejimin …