Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi Güney Azərbaycanın Ərdəbil və Kərəc şəhərlərin bir neçə fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları Güney Azərbaycanın Ərdəbil və Kərəc şəhərlərin bir neçə fəalı həbs etdi.

Rejimin ETTELAAT məmurları Ərdəbil şəhərində əməliyyat keçirərək iki nəfəri həbs ediblər. Bu barədə Ərdəbil əyalətinin Ümumi və İnqilab prokuroru Calal Afaqı açıqlama verib.

Prokuror  həbs edilən şəxslərin terrorçu qruplaşmalara bağlı olduqlarını və etiraz aksiyalarının keçirilməsi üçün hazırlıq gördüklərini iddia edib.

Calal Afaqi həbs edilən ərdəbillilərin kimliyi barədə əlavə məlumat verməyib.

Həmçinin rejimin məmurları Güney Azərbaycanın Kərəc bölgəsində aksiyalarda fəallıq göstərə biləcək çox sayda insanın həbs edilib.

Tutulanların vətəndaşları kütləvi etiraz aksiyalarına çağırdıqlarına görə tutulduqları bildirilib. Həbs edilənlərin sayı və kimlikləri barədə açıqlama verilməyib. Onlardan xeyli silah-sursat götürüldüyü iddia edilib.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …