Cümə , İyun 20 2025
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı milli fəalları məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqç fars-molla rejimi həbs etdiyi azərbaycanlı milli fəalları məhkəməyə çağırıb.

Azərbaycanlı fəallar rejimin irəli sürdüyü ittihamlardan özlərini müdafiə etmək üçün Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində olmaları istənilib.

Tehran İnqilab Məhkəməsinin hakimi Əbulqasım Sələvatinin başçılığı ilə 15-ci şöbəsində azərbaycanlı fəallar mühakimə olunacaqlar.

Azərbaycanlı milli fəal azərbaycanlı fəal Vudud Əsədi və Salar Tahir Əfşar artıq məhkəməyə çağırılıb.

Həmçinin Baqir Hacızadə, Ayaz Seyfxah, Kamal Nuri, Araz Aman, Əzimi Qədim, Hüseyn Piri, Tahir Nəqəvi, Kərəm Mərdanə, Murtəza Pərvin və s. də molla rejimin tərəfindən həbs edilərək Evində zindanında həbsdə saxlanılırlar. Onlar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar və mühakimə olunacaqları bildirilir.

Həmçinin yoxlayın

İsrail Sefidrood Sənaye Parkını vurub-Video

GADTB: İsrail Rəştin Sefidrood Sənaye Parkında, Kəleş Taleşan kəndi yaxınlığında İslam Respublikasının döyüş maşınına bağlı …

Tehranın Evin zindanında siyasi məhbuslara qarşı təzyiqlər davam edir

GADTB: Son günlər Evin həbsxanasının təhlükəsizlik qüvvələri 209-cu bölmədəki bütün məhbusları öz kameralarına salıb, onların …