GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcini 14 aydır məzuniyyətə buraxmır. Azərbaycanlı fəalın bununla bağlı müraciətlərinə də cavab verilmir.
Kəskin bel ağrılarından əziyyət çəkən Əsgər Fərəci ailəsinin çoxsaylı ziyarətlərinə və müalicə üçün tibb mərkəzlərinə göndərilməsi xahişinə baxmayaraq, hələ də azərbaycanlı fəal məzuniyyətdən məhrumdur.
İran rejimi tərəfindən şərlənən azərbaycanlı fəal Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən “Ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq”, “Qanunsuz və hökumətə qarşı çıxan GAMAC-a üzv olmaq”, “Kitab dərc edib yaymaqla hakimiyyətə qarşı təbliğat aparmaq” və “İctimai rəyi çaşdırmaq məqsədilə sosial mediada yalan məlumatlar yaymaq”da ittiham olunub. Rejimin məhkəməsi fəalı 17 il 4 ay həbs və 2 il sürgün cəzası məhkum edib.
Azərbaycanlı fəalın apellyasiya şikayətindən sonra məhkəmə fəalın həbs cəzasını 5 ilə endirib.
Qeyd edək ki, azərbaycanlı fəal Əsgər Fərəci bundan öncə azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması və Qarabağın işğalına qarşı aksiya təşkil etdiyinə, eləcə də Azərbaycan ordusuna dəstək şüarları yazılmış plakat və posterlər çap etdiyinə görə yaxalanaraq həbs və təzyiqlərə məruz qalmışdır.
Bir müddət öncə azərbaycanlı tanınmış vəkil Sina Yusifi tvitter hesabında yazmışdı ki, Tehranda onun vəkili olduğu azərbaycanlı fəallardan biri öz xatirə dəftərində xatirəsini türkcə latin əlifbası iləyazdığına görə ölkənin rəsimidilinə qarşı çıxmaqda günahlandırılaraq həbsə məhlum edilmişdi.