Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəalı tibbi xidmətdən məhrum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  Tehranın Evin həbsxanasında həbsdə saxladığı 51 yaşlı azərbaycanlı fəal Əbdüləziz Əzimi Qədimi tibbi xidmətdən məhrum edib.

Azərbaycanlı fəalın səhhətində kəskin problemlər, o cümlədən bel və boyun nahiyəsində kəskin artrit var. 

Həbsxananın qeyri-standart şəraiti milli fəalın sağlıq durumunu pisləşdirib. 

Məlumata görə, şiddətli ağrılardan əziyyət çəkən milli fəal xüsusi tibbi xidmətlərə təcili ehtiyac duymasına baxmayaraq, zəruri müalicədən məhrum edilib. Halbuki, müalicə etməkdən imtina məhbusların əsas hüquqlarının açıq şəkildə pozulması sayılır. 

İnsan haqları institutları dəfələrlə siyasi məhbusların sağlıq durumuna diqqət yetirilmədiyini tənqid edib və bu vəziyyət məhbusların səhhətini riskə atır. 

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …