Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəalları cərimə cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı milli fəallar İbrahim Asimani və Yunis Quluzadəni şallaq və həbs cəzaları pul cəriməsi cəzası ilə dəyişdirilib.

Molla rejimin Təbrizdəki Cinayət Məhkəməsinin 108-ci şöbəsi bununla bağlı qərar çıxarıb.

Qərarda bildirilib ki, fəalların hər biri “qanunsuz nümayişlərdə iştirak etməklə ictimai asayişi pozmaq” ittihamına görə, 22 milyon tümən cərimə ödəməyə məhkum ediliblər.

Qeyd edək ki, hər iki azərbaycanlı fəal başqa 13 fəalla birlikdə 16 iyul 2020-ci ildə Urmiya gölünün qurumasına etiraz aksiyasında Təbriz və Urmiya şəhərlərində yaxalanmışdılar. Onlar dindirildikdən sonra müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılmışdılar. İbrahim Asimani və Yunis Quluzadəyə qarşı ittiham irəli sürülüb,   başqa 13 fəalın məhkəmə işinə xitam verilib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …