Çərşənbə axşamı , Oktyabr 22 2024
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə saxladığı azərbaycanlı milli fəal və vəkil Tahir Nəqəviyə qarşı zorakılıq tətbiq edərək, onu karantin bölməsinə köçürüblər. Azərbaycanlı fəal hələ də zindanın ümumi bölməsinə qaytarılmayıb.

İrqçi fars-molla rejimin məmurları azərbaycanlı milli fəal ağır şəkildə döyməklə yanaşı onu təhqir də ediblər.

Qeyd edək ki, iyunun 13-də dörd aydan çox Evin zindanında həbsdə saxlanılan Tahir Nəqəvi, Hüseyn Piri və bir sıra digər azərbaycanlı siyasi məhbuslar ETTELAAT Nazirliyinin qüvvələrinin qanunsuz davranışlarına etiraz olaraq aclıq aksiyasına başlayıblar.

Azərbaycanlı hüquqşünasın Tahir Nəqəvinin də döyülüb və karantin bölməsinə salınmasının bununla bağlı olduğu ehtimal edilir.

Həmçinin yoxlayın

Azərbaycan müdafiə naziri Qırğızıstana rəsmi səfər edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğız …

“SAHA EXPO” müdafiə və aerokosmik sənaye sərgisi İstanbulda açıldı

GADTB: Avropanın ən böyük  “SAHA EXPO” müdafiə və aerokosmik sənaye sərgisi İstanbulda açılıb. Türkiyə Prezident …