
GADTB: İrqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı xanım fəal barəsində yenidən ölüm hökmü çıxarıb.
Rəştin Lakan zindanında həbsdə saxlanılan azərbaycanlı İşçi Hərəkatı fəalı Şərifə Məhəmmədi Rəşt İnqilab Məhkəməsinin ikinci bölməsi tərəfindən yenidən edam cəzasına məhkum edilib.
Məlumata görə, Şərifə Məhəmmədi bir daha “müxalif qruplaşmaya üzv olaraq üsyan qaldırmaq”da günahlandırılıb.
Qeyd edək ki, azərbaycanlı fəal daha öncə eyni ittihamla edama məhkum edilsə də, apellyasiya şikayətindən sonra barəsində çıxarılan ölüm hökmü Ali Məhkəmə tərəfindən ləğv olunmuşdu.