GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi türkmən fəal Nasir Təvəssülidən heç bir məlumat verilmir.
Türkmən fəal 10 noyabrda öz evində molla rejiminin məmurları tərəfindən yaxalanaraq naməlum yerə aparılmışdır.
Fəalın ailəsinin aidiyyəti orqanlara müraciətlərinin cavabsız qalması və onların türkmən fəalı həbs etmələrini boyunlarına almaması ailənin ciddi narahatlığına səbəb olub.
Hələlik Nasir Təvəssülinin harada saxlanıldığı barədə heç bir məlumat yoxdur.