GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Binab şəhərindən olan azərbaycanlı xanım fəal Leyla Nasiri binabda keçirilən etirazlar zamanı molla rejiminin məmurları tərəfindən yaxalanmışdır.
Noyabrın 21-də etiraz aksiyasında yaxalanan azərbaycanlı xanım fəalın Marağada rejimin zindanına köçürülüb.
Hələlik azərbaycanlı xanımın vəziyyəti və nədə ittiham olması barədə hər hansı məlumat əldə etmək mümkün olmayıb.