GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda hicab qaydalarına riayət etməyən qadınlara qarşı təzyiqlər artmaqdadır.
Aprelin 4-də İsfahan şəhərində hicab qaydalarına riayət etməyən qadınların metroya girişinə icazə verilməyib.
İsfahan metro dayanacaqlarının girişində “Hicabsız şəxslərə bilet satılmayacaq” məzmunlu xəbərdarlıq bildirişləri yerləşdirilib.
Məlumata görə, bir neçə stansiyada metroya buraxılmayan qadınlarla məmurlar və nəzarətçilər arasında insident yaşanıb