GADTB: Tehranın Evin zindanında saxlanılan 37 qadın siyasi məhbusun ailələri ilə görüşünə qadağa qoyulub.
Məlumata görə, qadın siyasi məhbuslar iyulun 24-dən 27-nə qədər Pəxşan Əzizi və güneyli İşçi Hərəkatı fəalı Şərifə Məhəmmədi barəsində çıxarılan edam hökmünə etiraz olaraq oturaq aksiya keçiriblər.
Bildirilib ki, aksiyadan sonra həbsxana rəhbərliyi 37 qadın məhbusun ailəsi ilə görüşünə icazə hüququnu ləğv edib.
Xatırladaq ki, Şərifə Məhəmmədi və Pəxşan Əzizi “hakimiyyətə qarşı silahlı və qrup şəklində üsyan”da günahlandırılaraq edam cəzasına məhkum edilib./ Azad İran