
GADTB: İran Gömrük İdarəsinin Nurduz sərhəd-keçid məntəqəsini müxtəlif növ malların idxalı üzrə ixtisaslaşmış gömrük məntəqəsi kimi müəyyən etməsindən sonra bu qərarın əsaslandırılması ilə bağlı suallar yaranıb. Müzakirələrdə Nurduzun ticarət və tranzit potensialının Azərbaycanın digər mühüm sərhəd keçidləri ilə müqayisədə nə dərəcədə əhəmiyyət daşıdığı gündəmə gətirilir.
Ermənistan məhdud bazara malik ölkə olmaqla yanaşı, İran idxalından əhəmiyyətli dərəcədə asılıdır. Bu səbəbdən, təkbaşına İranın xarici ticarətinin inkişafında əsas hərəkətverici qüvvə hesab edilmir. Norduzun əhəmiyyəti daha çox Ermənistan bazarından deyil, Qafqaz regionuna və Avrasiya nəqliyyat marşrutlarına çıxış imkanlarından qaynaqlanır.
Bunun əksinə olaraq, Aslənduz, Bazərgan və Razi sərhəd-keçid məntəqələri, eləcə də Qarabağ bölgəsi ilə əlaqəli marşrutlar daha böyük bazarlara birbaşa çıxış, beynəlxalq nəqliyyat dəhlizləri ilə inteqrasiya və yüksək tranzit imkanları baxımından regional ticarət və geosiyasi münasibətlərdə xüsusi yer tutur.
Bu baxımdan sual yaranır ki, qərarverici qurumlar Nurduzu hansı meyarlar əsasında ixtisaslaşmış idxal gömrüyü kimi seçiblər və bu qərar Güney Azərbaycanın ticarət və tranzit potensialından maksimum istifadə olunmasına nə dərəcədə xidmət edir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi