Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi ordusuna 200-dən çox PUA təhvil verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran ordusunun inventarına 200-dən çox pilotsuz uçuş aparatı daxil edilib. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, PUA-lar İran Müdafiə Nazirliyi ilə ordunun birgə əməkdaşlığı sayəsində hazırlanıb.

İranın bir sıra bölgələrində PUA-ların rəsmi təhvil-təslim mərasimi keçirilib, yüksək rütbəli hərbçilər və rəsmi şəxslər iştirak ediblər.

Agentliyin məlumatına görə, mərasimdə İran ordusuna “Əbabil 5”, “Əbabil 4”, “Ərəş”, “Karrar”, “10-cu Şəhrivar”, “Axqar”, “Switchblade”, “Homa” kimi silah modelləri təhvil verilib.

Pilotsuz uçuş aparatları “hava-hava” və “hava-yer” raketləri, havada avtomatik idarə olunan ağıllı bombalar və elektron müharibə sistemi ilə təchiz edilib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …