Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı milli fəalı Cəfər İsmayılzadə 2 il şərti həbsə məhkum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəalı Cəfər İsmayılzadəni 2 il şərti həbsə məhkum edib.

Rejimin Təbrizdəki İnqilab Prokurorluğu azərbaycanlı idman xadimi və milli fəalı Cəfər İsmayılzadə tərəfindən 2 il şərti həbs cəzasına məhkum edib.

Cəfər İsmayılzadə və oğlu Atilla (Milad) Güney Azərbaycan türklərinin hüquqları uğrunda apardıqları sivil fəaliyyətə görə əvvəllər də dəfələrlə İran “təhlükəsizlik qüvvələri” tərəfindən həbs ediliblər.

Cəfər İsmayılzadə kikboksinq üzrə federasiyanın hakimi və rəsmi məşqçisi, oğlu Atilla (Milad) Esmailzadə isə bu idman növü üzrə ölkə çempionu və beynəlxalq mükafatçıdır.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …