GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Qəzvin şəhərində musiqi səsləndirildiyi üçün beynəlxalq sərgi salonu və “Ortez və Protez” istehsal mərkəzini bağlayıb.
Bu barədə rejimin Qəzvin şəhərindəki Ümumi və İnqilab Prokurorluğu malumat yayıb.
Prokurorluğun yaydığı məlumatda bildirilir ki, həmin sərgi salonu “islami qaydaların riayət edilmədiyi və vulqar musiqi səsləndirildiyi üçün” bağlanıb.
Qeyd edək ki, son aylar irqçi fars-molla rejimi məcburi hicab qaydalarına riayət edilməyən və musiqi səsləndirilən çox sayda iş yerinin fəaliyyəti dayandırıb.